Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bayrağımız qürurumuzdur

0

  •        Azərbaycan ərazisində mövcud olan dövlətçiliyimiz tariximizdə müxtəlif qurluşa malik imperiyaların, hətta xanlıqların öz bayraqları olmuşdur. Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli, ay ulduzlu bayrağı yetmiş il ərzində keçmiş sovet imperiyası tərəfindən xalqımız üçün yasaq olsa da, insanların beynində, zehnində əbədi yaşamışdır. Hətda soydaşlarımızdan birisi o bayrağı gizlədərək sevə-sevə qoruyub sağlamışdır. Sovet imperiyasının süqutu zamanı üç rəngli, ay ulduzlu bayrağımız ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda ucaldılmışdır. Bu o bayraqdır ki, igidlərimiz onun möhtəşəm kölgəsində azğın düşmən üzərinə göz qırpmadan getdilər və şanlı bayrağımızı iğaldan azad edilmiş torpaqlarımızda ucaldaraq yenilməzliyini bir daha sübut etdilər. Ana Vətən bizim üçün ən yüksək məhfumdur. Lakin Vətənin varlığı, yenilməzliyi bayrağımız ucaldığı andan və həmin nöqtədən başlayır. Silahlı Qüvvələrimizin hər bir qoşun növünün döyüş bayrağı mövcuddur. Sıravi əsgərdən başlayan bayraq sevgisi generalda, Ali Baş Komandanda tamamlanır. Hər birinin ona təhkim edilmiş bayrağı göz bəbəyi kimi qorumaq müqəddəs borcudur. Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində hər bir Azərbaycanlının ürəyinin başında saxladığı Azərbaycan bayrağı olmuşdur. Bunun əyani sübutu şəhidlərimizin və qazilərimizin döyüş meydanından çıxarılarkən hər birinin üzərində Azərbaycan bayrağının olmasıdır. Xarici ölkələrdəki səfirliklər və nümayəndəliklıərimizin üzərində Azərbaycan bayrağının dalğalanması çox qürurverici haldır. Ulu Tanrı Azərbaycanımızı qorusun. Qoy bayrağımız həmişə mavi səmalar kimi uca, al qırmızı günəş kimi parlaq, yaşıl islam rəmzi kimi əbədi pak, tükənməz ay-ulduz kimi daim işıqlı olsun. Yaxın zamanlarda üç rəngli bayrağımızın Xankəndi, Xocalı, Ağdərədə dalğalanması labüddür. Qarabağ Azərbaycandır! Xocalı, Xankəndi, Ağdərə Azərbaycandır!Orxan Məmmədov,Xocalı rayon gənci, Vətən müharibəsi iştirakçısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib43 dəfə
    Bayrağımız qürurumuzdur

    Maraqlı gələ bilər
    45